"Sumqayıt" son oyunda darmadağın oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda Serbiya təmsilçisi “Mladost”la qarşılaşıb. Matç "kimyaçılar"ın böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:4.

 

Xatırladaq ki, “Sumqayıt” əvvəlki yoxlama oyunlarını Rumıniyanın “Konkordiya” (0:1), Makedoniyanın “Akademiya Pandev” (1:1) və Rusiyanın “Anji” (0:1) klublarına qarşı keçirmişdi.

 

Yoxlama oyunu
3 fevral

“Sumqayıt” – “Mladost” 0:4

Tarix: 3 Fevral [19:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Fevral 2018
17  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio