Roman Qriqorçuk: "Komandanın oyuna münasibətindən narazı qaldım"

00:11 - 4 Fevral 2018

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda “Qəbələ” Makedoniyanın “Şkendiya” klubuna 0:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlama verib:

 

“Türkiyədə hazırlıq keçdiyimiz bir ay müddətində yeganə haldı ki, hər şey istədiyim kimi olmadı. Komandanın oyuna münasibətindən narazı qaldım. Hətta buna təəccübləndim. Digər tərəfdən isə belə olması yaxşıdı. Çünki biz gördük ki, futbola kifayət qədər düzgün yanaşmayanda, tam qüvvə ilə oynamayanda necə oluruq. Həmişə, elə bu gün də futbolçulara demişəm ki, belə hallar yaşanmamalıdı. Rəqibin aqressiv oynamasından gileylənə bilmərik. Çalışır, mübarizə aparırdılar. Bəlkə də hansısa epizodlarda bizə kobud, çox sərt görünürdülər. Amma oyunçuları istəkdə, çalışqanlıqda qınamaq olmaz. Bu komanda futbola münasibətin əsl nümunəsidi. Toplanışın belə başa çatmasının necə təsir edəcəyini söyləmək çətindi. Amma mənə elə gəlir ki, bu matç bizim xeyrimizə olacaq. Türkiyə hazırlıqlarında çox yaxşı məşq etdik, gözəl toplanış keçirdik. Ümid edirəm ki, bu matç istisna, anlaşılmazlıqdı və biz bundan fayda götürəcəyik”.

Xəbər xətti