Qurban Qurbanov: "Zamanla bu səhvlər də düzələcək"

00:25 - 4 Fevral 2018

"Qarabağ" Antalya toplanışı çərçivəsində Monteneqronun "Mladost" klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, 1:1 hesablı heç-heçə ilə nəticələnən matçdan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun "facebook" səhifəsinə açıqlama verib:

 

“Pis oyun keçmədi. 27 gündür burdayıq, futbolçularda fiziki yüklənmə var. Bu da normal haldır. Komanda yaxşı mübarizə apardı, səhvlərimiz oldu. Yoxlama oyunları da səhvlərimizi görüb aradan qaldırmaq üçündür. Zamanla bu səhvlər də düzələcək”

Xəbər xətti