Karrager: "Koutinyo 160 milyon avroluq futbolçu deyil"

16:43 - 4 Fevral 2018

"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager "qırmızılar"dan "Barselona"ya 160 milyon avro qarşılığında transfer olan Filippe Koutinya ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, əfsanəvi keçmiş futbolçu Koutinyonun 160 milyon avro dəyərində olmadığını deyib:

 

"Koutinyo kimi futbolçunu mövsümün ortasında əldən vermək yaxşı deyil. Mən Filippenin 160 milyon avroluq futbolçu olduğunu düşünmürəm. "Barselona" bir az səbir etsəydi, mövsümün sonunda onu 30-40 milyon avro ucuz qiymətə transfer edə bilərdi. Üstəlik, Koutinyo Çempionlar Liqasında da oynamayacaq. "Liverpul" bu transferdə yaxşı gəlir qazandı".

Xəbər xətti