"Mladost" "Sumqayıt"a darmadağınla qalib gəldi VİDEO

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” ötən gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda Serbiya təmsilçisi “Mladost”la qarşılaşıb. Matç "kimyaçılar"ın böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:4.

 

Xatırladaq ki, “Sumqayıt” əvvəlki yoxlama oyunlarını Rumıniyanın “Konkordiya” (0:1), Makedoniyanın “Akademiya Pandev” (1:1) və Rusiyanın “Anji” (0:1) klublarına qarşı keçirmişdi.

 

“Sumqayıt” – “Mladost” 0:4

 

Tarix: 4 Fevral [18:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2019
19  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio