"Sumqayıt" geri dönür

19:01 - 4 Fevral 2018

Bu gün “Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönür. 

 

Sportal.az xəbər verir ki, komanda gecə saatlarında paytaxt Bakıda olacaq. Samir Abasovun yetirmələri bir günlük istirahətin ardından Sumqayıtda Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Zirə” ilə oyunun hazırlığına başlayacaq.

 

Qeyd edək ki, “Sumqayıt” Antalyada 4 yoxlama matçı keçirdi. Komanda ilk oyununda Rumıniyanın ”Konkordiya" klubu ilə qarşı-qarşıya gəldi (0:1). İkinci qarşılaşmada Samir Abasovun yetirmələri Makedoniya təmsilçisi “Akademiya Pandev” ilə “sülh bağladı” (1:1). Növbəti yoxlama oyununu Rusiyanın “Anji” klubuna qarşı keçirən “Sumqayıt” meydanı minimal hesablı məğlubiyyətlə tərk etdi (0:1). Komanda son matçını Serbiya “Mladost”una qarşı keçirdi (0:4).

Xəbər xətti