"Qəbələ" Antalya toplanışını başa vurdu

2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışını başa vurub.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya hazırlıqlarının ikinci mərhələsinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi fiziki çalışmalardan ibarət olub. Fitnes zalında çalışan futbolçular qruplar şəklində müxtəlif hərəkətləri icra ediblər. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında vətənə dönüb.

 

Xatırladaq ki, “qırmızı-qaralar” yanvarın 5-dən 17-nə və 21-dən fevralın 4-dək davam edən iki mərhələdən ibarət hazırlıq prosesində 6 yoxlama oyunu keçirib. Komanda Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3), Çexiyanın “Bohemians” (1:3) və Makedoniyanın “Şkendiya” (0:2) klubları ilə üz-üzə gəlib.

Tarix: 5 Fevral [00:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Fevral 2018
19  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: sportal[email protected] | site by Five studio