Dario Frederiko: "Bunu yenə bacaracağıma inanıram"

12:46 - 5 Fevral 2018

Cənubi Koreyanın II Liqasında çıxış edən "Seongam"dan "Kəpəz"ə qayıdan Dario Frederiko Sportal.az-a açıqlama verib.

 

Braziliyalı vinger Gəncə klubuna qayıdışı və komandanın vəziyyəti barədə danışıb:

 

"Yaxşı heyətimiz var. Bu komanda ilə yuxarı pillələrə qalxmaq mümkündür. "Kəpəz"ə qayıtdığım üçün xoşbəxtəm. "Kəpəz"də iki mövsüm uğurlu çıxışım olub. Bunu yenə bacaracağıma inanıram. İndi komandanın Premyer Liqadakı vəziyyəti yaxşı deyil. Bu durumu dəyişməliyik".

 

Cənubi Koreyada uğurlu çıxış etməyən Dario bunun səbəbini açıqlayıb:

 

"Koreyada istədiyim alınmadı. Çünki zədələndim. Bu səbəbdən də şans qazana bilmirdim. İstənilən halda, təcrübə qazanmışam".

 

Qeyd edək ki, 26 yaşlı cinah futbolçusu 2015/2017-ci illərdə "Kəpəz"dəki çıxışı ilə Gəncə fanatlarının qəlbinə yol tapmışdı. O, ötən il Cənubi Koreyanın II Liqa təmsilçisi "Seongnam"a keçmişdi. Dario qış fasiləsində yenidən Nizami yurdunun komandasına qayıdıb.

Xəbər xətti