Klarens Zeedorf İspaniya klubunda

13:52 - 5 Fevral 2018

İspaniyanın "Deportivo" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, komandanın "sükanı" hollandiyalı mütəxəssis Klarens Zeedorfa həvalə ediləcək. Bu barədə "Marca" qəzeti məlumat yayıb. 41 yaşlı mütəxəssis ötən gün postundan qovulan Kristobal Parralonu əvəzləyəcək.

 

"Deportivo" La Liqada 22 turdan sonra 18-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Zeedorf İtaliyanın "Milan" və Çinin "Şenzen" klublarını çalışdırıb.

Xəbər xətti