Mahrez yarışına "Arsenal" da qatıldı

14:52 - 5 Fevral 2018

Əlcəzair millisinin üzvü Riyad Mahrez "Lester Siti"də xoşbəxt deyil.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin elçiləri gündən-günə artmaqdadır. Qış transfer pəncərəsində "Mançester Siti"yə keçidi baş tutmayan futbolçu rəhbərliyə etiraz olaraq bir müddət məşqlərə çıxmaqdan imtina edib. "Daily Star" nəşrində yer alan məlumata görə, 26 yaşlı vingerin xidmətində maraqlı olan klublara "Arsenal" da qoşulub. "Liverpul", "Çelsi" və "Maçester Siti"nin hədəfində olan ulduz futbolçunu Arsen Venger də heyətində görməyi arzu edir. İddiaya görə, "topçular" yayda bu keçidi həll etmək üçün "Lester Siti"ni və futbolçunu razı salmağa çalışacaq.

 

Qeyd edək ki, Mahrez 2014-cü ildən "Lester Siti"də çıxış edir.

Xəbər xətti