"Zirə" legioner hücumçu transfer edir

18:20 - 5 Fevral 2018

"Zirə" heyətini legioner hücumçu ilə gücləndirir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Trinidad və Tobaqo millisinin üzvü Comal Uilyamsı transfer edir.

 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 24 yaşlı forvard sabah Bakıda olacaq. Tibbi müayinədən keçdikdən sonra Uilyamsla müqavilə imzalanacaq.

 

Qeyd edək ki, futbolçunun son klubu  Meksika "Mursielaqos"u olub. Trinidad və Tobaqo yığmasının da üzvü olan forvard millidə meydana çıxdığı 9 oyunda 1 qol vurub.

Xəbər xətti