İtaliya millisində yeni baş məşqçi

17:34 - 6 Fevral 2018

İtaliya millisinə müvəqqəti baş məşqçi təyin edilib.

 

Sportal.az xəbər verir ki, bu vəzifə Luici di Byacoya tapşırılıb. Bu barədə İtaliya Futbol Federasiyasının məlumat yayıb. 46 yaşlı mütəxəssis İngiltərə və Argentina ilə martda keçiriləcək yoldaşlıq oyunlarında komandaya rəhbərlik edəcək.

 

Qeyd edək ki, di Byaco ölkənin gənclər yığmasının baş məşqçisi kimi də işini davam etdirəcək.

Xəbər xətti