Premyer Liqada tarixi dəyişiklik

17:55 - 6 Fevral 2018

Futbol üzrə İngiltərə Premyer Liqasının əsasnaməsində dəyişiklik edilə bilər.

 

Sportal.az xəbər verir ki, növbəti mövsümdən etibarən çempionatda qış fasiləsinin tətbiqi məsələsi müzakirə olunur. Hazırda Premyer Liqa rəhbərliyi təklifi ciddi şəkildə nəzərdən keçirir. 

 

Qeyd edək ki, Premyer Liqa komandalarının baş məşqçiləri və futbolçular dəfələrlə bu təşəbbüslə çıxış ediblər. Onlar sıx qrafikə görə çoxsaylı zədələrdən şikayətlənirlər. Bu üzdən bəzi oyunlarda komandalar ehtiyat qüvvənin xidmətinə ehtiyac duyur.

Xəbər xətti