Haynkes: "Real"ın PSJ səddini keçəcəyinə inanıram"

18:33 - 6 Fevral 2018

"Bavariya"nın baş məşqçisi Yup Haynkes son dönəmlər uğursuz çıxış edən "Real" haqda danışıb.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis ÇL-in 1/8 final mərhələsi çərçivəsində baş tutacaq "Real" - "PSJ qarşılaşmaları haqda fikir bildirib. Təcrübəli çalışdırıcı "kral klubu"nun mərhələni keçəcəyinə inandığını deyib:


"Real" bəlkə də maaşlarından qurtulmaq üçün yayda Morata, Pepe, Xames kimi əsas oyunçularını göndərdi. Bu futbolçuların yerinə də böyük transferlər etmədilər və boşluqları gənclərlə dolduracaqlarını düşündülər. Amma gənc və yaşlı futbolçular arsında əlaqə qurmağa ehtiyac var.

 

"Real"ı Çempionlar Liqasında bir qələmlə silə bilməzsiniz. PSJ-dən daha çox təcrübəlidirlər. "Real"ın bu cütün qalibi olacağına inanıram".

Xəbər xətti