"Beşiktaş" Türkiyə kubokunun yarımfinalına yüksəldi VİDEO

01:36 - 7 Fevral 2018

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, “Beşiktaş” səfərdə “Gənclərbirliyi”nin qonağı olub. İlk görüşdə 3:1 hesablı qələbə qazanan “qara qartallar” səfərdə cavab matçında da qalib gəlib - 0:1.

 

Millimizin üzvü Dəniz Yılmaz zədə səbəbindən "Gənclərbirliyi"nə kömək edə bilməyib.

 

Qeyd edək ki, "Beşiktaş" yarımfinalda "Fənərbaxça" - "Konyaspor" cütünün qalibi ilə qarşılaşacaq.


Türkiyə kuboku

1/4 final, cavab oyunları

6 fevral

 

“Gənclərbirliyi” - “Beşiktaş” 0:1
Qol:
Mustafa Pektemek, 25 
İlk oyun: 1 - 3

 

Xəbər xətti