Evra yenidən Premyer Liqada

13:31 - 7 Fevral 2018

Azarkeşi vurduğu üçün "Marsel"dən qovulan Patris Evranın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı sol cinah müdafiəçisi karyerasını yenidən İngiltərədə davam etdirəcək. Fransa millisinin sabiq üzvü Premyer Liqa təmsilçisi "Vest Hem"lə anlaşıb. Təcrübəli oyunçi tibbi müayinədən keçdikdən sonra London klubuyla müqavilə bağlayacaq.

 

Qeyd edək ki, Evra 2006-2014-cü illərdə İngiltərədə "Mançester Yunayted"də çıxış edib.

Xəbər xətti