Dənizin zədəsi davam edir

Millimizin və Türkiyənin "Gənclərbirliyi" klubunun futbolçusu Dəniz Yılmazın zədəsi sağalmayıb.

 

Sportal.az xəbər verir ki, Türkiyə kubokunun 1/8 final mərhələsinin "Beşiktaş"la cavab görüşündə oynamayan hücumçu bugünkü məşqdə də iştirak etməyib.

 

Məşq zamanı zədələnən 29 yaşlı forvard bir müddət yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

 

Qeyd edək ki, Dəniz Yılmaz qış transfer pəncərəsində "Bursaspor"dan ayrılaraq "Gənclərbirliyi"nə transfer olub.

Tarix: 7 Fevral [14:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Fevral 2018
17  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio