Klennon: "Keşlə"nin vəziyyətinin yaxşılaşması üçün çalışacağıq"

"Yaxşı kollektivimiz var. Mövsümün ikinci yarısına hazırlaşırıq. Çempionatın başlamasında lap az qaldı. "Səbail"lə oyunu səbirsizliklə gözləyirik".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Keşlə"nin yeni transferi Andre Klennon deyib. Yamaykalı forvard Topaz Premyer Liqasında 8 komandanın olmasına baxmyaraq, rəqabətli adlandırıb:

 

"Komandaların sayı az ola bilər, amma çempionatda rəqabətin güclü olduğunu bilirəm. Hədəfimiz daha çox xal ehtiyatımızı artıraraq addım-addım qabağa getməkdir. Həmçinin, ölkə kubokuna da qarmaq atmaq istəyirik. "Keşlə"nin vəziyyətinin yaxşılaşması üçün çalışacağıq".

 

Qeyd edək ki, Klennon Finlandiyanın VPS klubundan "Keşlə"yə keçib.

Tarix: 7 Fevral [15:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2018
13  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio