"Kəpəz" "Şüvəlan" və Turan Tovuz"un futbolçularını transfer etdi

16:52 - 7 Fevral 2018

“Kəpəz”in əvəzedici komandası qış fasiləsində heyətinə üç futbolçu cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçilər Qaraxan Əliyev, Ayxan Əsədov və yarımmüdafiəçi Emin Zamanovla güclənib. Bu futbolçularla 1,5 illik müqavilə bağlanıb.

 

Hər üç oyunçu mövsümün ilk yarısında 1-ci divizion klublarında forma geyinib. Belə ki, Əliyev “Şüvəlan”da, Əsədovla Zamanov isə “Turan Tovuz”da çıxış edib.

 

Qaraxan Əliyev və Emin Zamanov ötən mövsümü “Kəpəz”in əvəzedici heyətində keçirərək bəzi oyunlarda əsas komandaya dəvət alıb.

Xəbər xətti