"Sabah" yeni transferini rəsmən açıqladı

17:17 - 7 Fevral 2018

I Divizion təmsilçisi "Sabah" qış transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu cari mövsümün ilk yarısında "Kəpəz" klubunda çıxış edən Məhəmməd Qurbanovla mövsümün sonuna kimi müqavilə imzalayıb.

 

Rusiyanın "Rostov" klubunun yetirməsi sayılan Məhəmməd, peşəkar karyerası ərzində "Taqanroq" (Rusiya), "Sumqayıt" və "Neftçi" klublarında da forma geyinib. U-18, U-19, U-21 yığmalarının şərəfini qoruyan hücuma meyilli yarımmüdafiəçi, əsas millidə 3 matç keçirib.

Xəbər xətti