Samir Əliyev göndərmək istədi, klub tapmadı

18:37 - 7 Fevral 2018

“Səbail”in baş məşqçisi Samir Əliyevin imtina etdiyi Renan Telles qış fasiləsində özünə yeni komanda tapa bilməyib.

 

Bu barədə məlumatı Sportal.az saytına açıqlamasında komandanın çalışdırıcısı Samir Əliyev məlumat verib. Gənc mütəxəssis bildirib ki, braziliyalı hücumçu mövsümün sonuna qədər "Səbail"də qalacaq:

 

"Telles özünə komanda tapa bilmədi. Bu səbəbdən klubumuzda qalacaq. Ola bilər ki, mövsümün gedişində bəzi oyunlarda ondan yararlandıq".

 

Qeyd edək ki, Renan Telles ötən yay Malta "Hibernians"ından "Səbail"ə keçmişdi.

Xəbər xətti