"Zirə" yeni transferini rəsmən açıqladı

13:18 - 8 Fevral 2018

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qartallar" makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb.

 

Tərəflər arasında anlaşmaya əsasən mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdu.

Xəbər xətti