Saşa Yunisoğlu: “40 yaşa qədər futbol oynaya bilərəm” MÜSAHİBƏ

13:34 - 8 Fevral 2018

Milli komandamızın və bir sıra iddialı klublarda çıxış edən Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.

 

Həmin müsahibəni təqdim edirik:

 
- Ötən yay "Səbail"dən ayrıldıqdan sonra klubsuz qaldın. Yeni komandan bəllidir?
- Yeni klubum bəlli deyil. Təklif gözləyirəm. Premyer Liqamızda 8 klubun olması işsizliyə səbəb olur. I Diviziondan təkliflər gəlib, lakin qəbul etməmişəm. Premyer Liqa ilə I Divizionda səviyyə fərqi böyükdür. Ola bilər ki, diviziona getdim. Bəlkə də getməyəcəm. Yaya qədər gözləyə bilərəm. Hələ ki, konkret olaraq nəsə yoxdur.
 
- “Kəpəz”ə transferrin niyə baş tutmadı?
- Komandanın baş məşqçisi Yunis Hüseynov mənimlə əlaqə saxladı və kluba kömək etmək üçün gəlməyimi istədi. Mən də təklifə isti yanaşdım. Məşqlərdə daha çox çalışırdım. Yoxlama görüşündə də iştirak etmişdim. Mənə güvəni böyük idi. Maaşı da danışmışdıq. Amma son anda Yunis müəllim mənə dedi ki, rəhbərlik bu keçidin reallaşmasını istəmir. Səbəb kimi artıq yerli oyunçu transfer etmək istəmədiklərini dedi. Yəqin ki, pulu legionerlərə saxlamışdılar. Mən də onlara təşəkkür etdim. Həyat davam edir.
 
- I Divizionla Premyer Liqa arasında uçurum düşündüyümüzdən də çoxdur?
- Burda şərait zəifdir. Stadionlar da ideal deyil. Maddi baxımdan da klublar Premyer Liqa təmsilçilərindən geri qalır.
 
- 32 yaşın var. Millidə və bir sıra iddialı klublarda aparıcı sima olmusan. Ancaq bu gün kənarda qalmısan..
- Bəli, yenə də oynaya bilərəm. Yaşın heç də məsələyə aiddiyatı yoxdur.
 
- Neçə il oynamağı düşünürsən?
- Butsılarımı mismardan asmağa qərar verməmişəm. 40 yaşa qədər oynamaq olar. Xatırlayıram ki, Mahir Şükürov demişdi ki, Azərbaycanda 40 yaşa qədər futbol oynamaq olar. Mən də bu cür düşünürəm. Bu, futboldur. Peşəkarlıq baxımdan mümkündür ki, 40 yaşa qədər oynamaq olar. 
 
- Ancaq Mahir Şükürov 35 yaşında karyerasını bitirdi…
- Bəli, çünki baş qoşmadı. Ancaq oynaya bilərdi. Formadan da uzaq düşmüşdü.

Xəbər xətti