"Sabah" millimizin sabiq üzvünü transfer etdi

I Divizion təmsilçisi "Sabah" qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Bakı klubu  Rusiyanın "Alaniya" klubunun yetirməsi sayılan Əziz Quliyevlə mövsümün sonuna kimi müqavilə imzalayıb.

 

Cari mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən sol cinah müdafiəçisi "Karvan", "Neftçi", "Bakı", "İnter" (hazırkı "Keşlə"), "Tavriya" (Ukrayna) və "Kalev" (Estoniya) klublarında da forma geyinib. Vaxtilə U-21-in şərəfini qoruyan 30 yaşlı futbolçu,əsas milliyə də çağırılıb.

Tarix: 8 Fevral [17:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio