"Sabah"dan növbəti rəsmi transfer

Birinci divizion təmsilçisi "Sabah" qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib. 

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, müqavilə ilə "Səbail"ə məxsus olan Seymur Əsədov mövsümün sonuna kimi icarə əsasında Arif Əsədovun komandasında çıxış edəcək. 

 

"Qəbələ" klubunun yetirməsi olan Əsədov, AZAL və "Sumqayıt" klublarında da forma geyinib. Vaxtilə U-21 yığmamızın şərəfini qoruyan dayaq yarımmüdafiəçisi, əsas milliyə də çağırılıb.

Tarix: 8 Fevral [19:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio