I Divizion klubundan daha 3 transfer FOTOLAR

00:29 - 9 Fevral 2018

Birinci Divizion təmsilçisi “Binə” heyətinə daha üç futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Seymur Abdullayev, Elmir Namazov və Kənan Məmmədovu sıralarına qatıb.

 

“Binə”nin öz yetirməsi olan Seymur Abdullayev 2014-2017-ci illərdə "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasında çıxış edib.

 

Mövsümün ilk yarısını "Xəzər"in heyətində keçirən 21 yaşlı hücumçu Elmir Namazov 2014-2017-ci illərdə isə "Qarabağ"ın əvəzedici heyətində oynayıb.

 

Kənan Məmmədov isə mövsümün ilk yarısını "Zaqatala"nın heyətində keçirib. 21 yaşlı yarımmüdafiəçi daha öncə "Mil-Muğan", "Rəvan" və "Qəbələ"nin əvəzedici heyətində top qovub.

 

Image may contain: 1 person, beard and indoor

Image may contain: 1 person, indoor

Image may contain: 1 person, indoor

Xəbər xətti