"Zirə" "Sumqayıt"la matça 4 ciddi itkiylə çıxacaq

Topaz Premyer Liqasının XV turunun maraqlı qarşılaşmalarından biri Zirədə keçirəcək. Bu oyunda “Zirə” “Sumqayıt”ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu oyunda ayxan Abbasov iki əsas futbolçusunun xidmətindən məhrumdur. Belə ki, qol silahı Riçard Qadze və dayaq yarımmüdafiəçi Vüqar Mustafayev cəza səbəbindən matçı kənardan izləyəcək.

 

Əlavə edək ki, "qartallar"da müdafiəçi Jozef Bumla qapıçı Anar Nəzirov da bu matçda oynamayacaqlar.

 

Sözügedən qarşılaşma fevralın 10-u, saat 16:00-da start götürəcək.

Tarix: 9 Fevral [13:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2018
14  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio