"Səbail" Türkmənistan millisinin üzvünü transfer etdi

14:14 - 9 Fevral 2018

Topaz Premyer Liqasının debütantı “Səbail” transfer çalışmalarını davam etdirir. Samir Əliyevin başçılıq etdiyi komanda Vahid Orazsaxedovla sözləşmə imzalayıb.

 

Sportal.az xəbər verir ki, hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Son klubu Türkmənistanın “Axal” klubu olan milli üzvü karyerası ərzində bir sıra tanınmış klublarda oynayıb. Məşhur “Rubin” klubunda 3 mövsüm forma geyinən hücumçu “Rostov” klubunun da uğurları üçün tər töküb. Türkiyədə “Osmanlıspor” forması geyinən hücumçu 2015-ci ildən Türkmənistanın müxtəlif klublarında oynayıb. 26 yaşlı hücumçu Türkmənistanın müxtəlif millilərinə daim çağırılıb. (Futbol11.az)

Xəbər xətti