"Yuventus"da ciddi itkilər

15:56 - 9 Fevral 2018

Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandadakı itkilərdən danışıb.

 

Sportal.az xəbər verir ki, italyan mütəxəssis klubun saytına açıqlamasında komandanın hücumçusu Paulo Dibalanın A seriyasının 24-cü turu çərçivəsində keçiriləcək “Fiorentina” ilə səfər oyununda meydana çıxa bilməyəcəyini deyib.

 

Alleqri həmçinin komandanın digər bir neçə futbolçusunun da Florensiya klubu ilə matçda meydana çıxmayacağını bildirib:

 

“Dibala “Fiorentina” ilə oyunu buraxacaq. Ondan başqa, Benedikt Hövedes, Blez Matyuidi, Xuan Kuadrado da meydana çıxmayacaq. Duqlas Kosta isə ola bilsin, sonradan oyuna daxil oldu”.

Xəbər xətti