Klubundan Mahrezə sərt cəza

16:31 - 9 Fevral 2018

“Lester Siti” əlcəzairli futbolçusu Riyad Mahrezi cəzalandırıb. O, 273 min avro cərimələnib.

 

Sportal.az xəbər verir ki, buna səbəb futbolçusun komandanın oyunlarını və məşqləri boykot etməsidir. Bu artıq iki həftədi ki, davam edir.

 

Futbolçu boykotu dayandırmasa, cərimənin məbləği daha da artırılacaq.

 

Mahrez hazırda ailəsi ilə birlikdə vətənindədi. O, “Mançester Siti”yə keçidinə əngəl yaradıldığı üçün boykot qərarı verib.

Xəbər xətti