DÇ-2018: Azarkeşlər üçün qadağalar

Bu il Rusiyada keçiriləcək dünya çempionatı zamanı stadionlara selfi çubuqları, uzunluğu 25 sm-dən çox olan çətirlər, foto və video texnikası üçün ştativlər, həmçinin dronların keçirilməsi qadağan ediləcək.

 

Sportal.az xəbər verir ki, FİFA-nın DÇ-2018 stadionlarında azarkeşlərlə bağlı təsdiq etdiyi davranış qaydaları keçirilməsi qadağan olunan 50 əşyadan ibarət siyahını özündə əks etdirir. Matç təşkilatçıları azarkeşlərə əşyalarını saxlanma kameralarında qoymağı təklif edəcəklər. Qadağan olunmuş əşya aşkar olunacağı təqdirdə qanun pozucusu stadiondan kənarlaşdırılacaq.

 

Konkret olaraq selfi çubuqları ona görə qadağan olunub ki, o, münaqişə vəziyyətləri yaranacağı təqdirdə soyuq silah qismində istifadə oluna bilər.

Tarix: 9 Fevral [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2018
19  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio