"Səbail" yeni transferini açıqladı

18:53 - 9 Fevral 2018

Dövrələrarası fasilə zamanı “Səbail” Futbol Klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi hücumçu Vahit Orazsahedovı heyətinə cəlb edib.

 

Son klubu Türkmənistanın “Axal” klubu olan milli üzvü karyerası ərzində bir sıra tanınmış klublarda oynayıb. Məşhur “Rubin” klubunda 3 mövsüm forma geyinən hücumçu “Rostov” klubunun da uğurları üçün tər töküb. Türkiyədə “Osmanlıspor” forması geyinən hücumçu 2015-ci ildən Türkmənistanın müxtəlif klublarında oynayıb. 26 yaşlı hücumçu Türkmənistanın müxtəlif millilərinə daim çağırılıb.

 

Qeyd edək ki, Qeyd edək ki, "Səbail" Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev, Ruslan Əmircanov, Yevgeni Kaçuk və Nikoloz Apakidze ilə də müqavilə bağlayıb.

Xəbər xətti