"Zirə" millinin üzvünün transferini açıqladı

22:40 - 9 Fevral 2018

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qarallar" Moldova millisinin üzvü Aleksandr Deda anlaşıb. 28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. Deda ölkəsinin “Milsami” klubundan transfer edilib.


2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.

Xəbər xətti