"Qarabağ" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la heç-heçə etdi YENİLƏNİB

Topaz Premyer Liqasında qış fasiləsi başa çatır.

 

Sportal.az xəbər verir ki, bu gün 15-ci tura start veriləcək.

 

Mövsümün ikinci yarısı “Zirə” – “Sumqayıt” oyunu ilə başlayacaq. 3-cü yerin sahibi olan “Zirə” 4-cü pillədə qərarlaşan “Sumqayıt”ı 10 xal qabaqlayır.


Günə turun mərkəzi matçıyla yekun vurulacaq . Lider “Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Aktivində 37 xalı olan Ağdam təmsilçisi ikinci pillədə yer alan “Qəbələ”ni 6 xal qabaqlayır.

 

Topaz Premyer Liqası

15-ci tur

10 fevral

 

16:00 "Zirə" - "Sumqayıt" - 1:1

Qollar: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 30
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Saxıyev
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə. İdman kompleksinin stadionu

 

19:00 "Qarabağ" - Qəbələ - 0:0
Hakimlər:
İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Suraxanı. “Azersun Arena”

Tarix: 10 Fevral [20:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Fevral 2018
21  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio