Buffon üçün əlamətdar oyun

13:15 - 10 Fevral 2018

İtaliya A Seriyasının 24-cü turunun "Fiorentina"ya qarşı keçirilən oyunu "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, bu, qapıçının Turin klubunun heyətində A Seriyasında 500-cu oyunu olub.
Matç "qoca sinyora"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Buffon "Yuventus"a 2001-ci ildə "Parma"dan transfer olunub. O, Turin komandasının heyətində ümumilikdə 640 matç keçirib ki, onun da 500-ü ölkə çempionatına təsadüf edib.

Xəbər xətti