Samir Qurbanov "Slaviya"da dubl etdi

Çexiyanın “Slaviya” klubunun U-21 komandası qış fasiləsi dönəmində daha bir yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi bu kollektiv “Meteor”la üz-üzə gəlib. Qarşılaşma Praqa təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Fərid matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 

 

“Slaviya”ya baxışa yollanan “Qəbələ” Futbol Akademiyasının yetirməsi, U-17 millimizin yarımmüdafiəçisi Samir Qurbanov da bu görüşün iştirakçısı olub. O da Nəbiyev kimi 90 dəqiqə meydanda olub. 2001-ci il təvəllüdlü futbolçu “Slaviya”nın qələbəsinə 18 və 40-cı dəqiqələrdə fərqlənməklə imza atdığı dublla töhfə verib.

Tarix: 10 Fevral [13:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio