Ziya Əzizovlu "Den Boş" 4 qolla qalib gəldi

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 24-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0.
 
Əzizov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 83-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Den Boş" hazırda 35 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.

Tarix: 10 Fevral [13:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio