"Qarabağ" dünya reytinqində 3 pillə irəlilədi

Klubların dünya üzrə yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, reytinq klubların avrokuboklarda son 5 mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.
 
Klublarımız arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdu. Belə ki, 3 pillə irəliləyən Ağdam təmsilçisi 1169 xalla 542-ci yerdədi. İkinci göstərici 4 pillə irəliləyərək 368 xalla 777-ci yerdə qərarlaşan “Keşlə"yə məxsusdu. “Qəbələ” 255 xalla 816-cı, “Zirə” isə 217 xalla 839-cudu. Bu klublar müvafiq olaraq 3 və 2 pillə irəliləyib.
 
Siyahıya 17892 xalla Madrid “Real”ı başçılıq edir. "Barselona" ikinci, "Atletiko" üçüncü pillədədi.

Tarix: 10 Fevral [14:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio