"Beşiktaş"ın futbolçusu Ukrayna klubunda

16:16 - 10 Fevral 2018

Türkiyənin “Beşiktaş” klubu qapıçısı Denis Boykonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, ukraynalı qolkiper karyerasını ölkəsində davam etdirəcək. 30 yaşlı əlcək sahibi “Dinamo” klubunda çıxış edəcək. İstanbul klubunda oyun şansı qazana bilməyən qapıçının Kiyev təmsilçisiylə müqaviləsi 6 aylıqdır.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında “Dnepr”dən 3,3 milyon avro qarşılığında transfer edilən qapıçı cəmi 5 oyunda meydana çıxıb.

Xəbər xətti