"Kəpəz" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

16:45 - 10 Fevral 2018

Topaz Premyer Liqaının 15-ci turunda "Kəpəz" səfərdə “Neftçi” ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Nizami yurdunun təmsilçisi bu matça iki itkiylə çıxacaq. Komandanın müdafiəçisi Dedimar Fereyra cəzalı olduğu üçün qarşılaşmada iştirak etməyəcək. "Sarı-göylər"in yeni transferi yarımmüdafiəçi Murad Səttarlı isə zədə səbəbindən matçı qaçılracaq.

 

Qeyd edək ki, fevralın 11-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 17:30-da başlayacaq.

Xəbər xətti