"Neftçi"nin sabiq futbolçusu Xorvatiya klubunda

17:06 - 10 Fevral 2018

"Neftçi"nin sabiq futbolçusu Krşevan Santininin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı qolkiper karyerasını ölkəsində davam etdirəcək. 30 yaşlı qapıçı "Osiyek"lə müqavilə bağlayıb.

 

Qeyd edək ki, Santini 2016-cı ilin yayında "Neftçi"yə transfer olmuşdu və mövsümün gedişində onunla yollar ayrılmışdı. Krşevan "ağ-qaralar"da 8 oyun keçirib. Santini "Neftçi"dən ayrıldıqdan sonra Xorvatiyanın "Zapreşiç" klubuna keçmişdi.

 

Əlavə edək ki, "Osiyek" Xorvatiya çempionatında 20 turdan sonra 36 xalla 3-cü pillədədir.

Xəbər xətti