"Zirə"nin yeni transferi: "Adaptasiyanın mənim üçün heç də çətin olmayacağını düşünürəm" MÜSAHİBƏ

"Zirə"nin yeni transferi Comal Uilyams Topaz Premyer Liqasının 15-ci turunda "Sumqayıt"la bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az saytı 23 yaşlı trinidad və tobaqolu hücumçunun müsahibəsini təqdim edir:
 
- Debüt oyunun necə keçdi?
- “Zirə”də debütüm idi. Hər şey yaxşı yaxşıdır. Yeni transferlərimiz var və onlardan biri də mənəm. Meydanda bir-birimizi anlamağa çalışırıq. Adaptasiya dövrünü keçirik. Çalışırdıq ki, baş məşçimizin tapşırıqlarını meydanda həyata keçirək. Bir daha söyləyim ki, hər şey qaydasındadır. Nəticəni də normal hesab edirəm.
 
- Komandaya uyğunlaşmağın uzun çəkməyəcək?
- Futbol hər yerdə eyndir. Adaptasiyanın mənim üçün heç də çətin olmayacağını düşünürəm. Çünki bacardığım qədər komandaya və kollektivə tez uyğunlaşacam.
 
- Futbol hər yerdə futboldur. Bunu düz vurğuladın. Amma Azərbaycanda fərqlidir. Çünki stadionların əksəriyyətinin meydanı süni otdur. Bu, sənə problem yaratmayacaq?
- Həyatdır, əgər məni 11 futbolçuyla eyni meydana qoysaz, həmin uşaqlarla futbol ehtirası üçün birgə irəliləyəcəm. Düşünürəm ki, çətinlik yaratmayacaq. 11 nəfər komanda yoldaşlarımla meydana çıxacağıq və oyunumuzu nümayiş etdirəcəyik.
 
- İlk hissəyə nisbətən, fasilədən sonra daha aktivləşdiniz. Baş məşqçi sizə nə tapşırmışdı?
- Bizə bacardığımızdan daha artığını etməli olduğumuzu və irəli getməyimizi tələb etdi. Məncə, ikinci hissədə biz daha üstün idik.
Tarix: 10 Fevral [19:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio