"Keşlə"nin yeni kapitanı

14:21 - 11 Fevral 2018

Topaz Premyer Liqasının XV turunda "Keşlə" "Səbail"i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu matçda qəsəbə klubunun kapitanı Kamran Ağayev olacaq. Belə ki, qış transfer pəncərəsində Boleslav "Mlada"sından "Keşlə"yə üz tutan "çərçivə qoruyucusu" komandanın yeni kapitanıdır.

 

Mövsümün əvvəlində "Keşlə"də kapitanlıq bazubəndini Nizami Hacıyev daşıyırdı. Məlum hadisələrdən sonra Denis Silva komandanın kapitanı idi. 

Xəbər xətti