Kamran Ağayev: "Məşq edəndə çox ehtiyatla hərəkət edirik ki, zədələnməyək"

"İlk oyundan çox şey demək olmur, amma onu deyə bilərəm ki, öz oyunumdan narazı qaldım. Gələcək oyunlarda hər şeyin daha yaxşı olacağına ümid edirəm".

 

Sportal.az saytı xəbər verir ki, bu sözləri "Keşlə"nin qolkiperi Kamran Ağayev Topaz Premyer Liqasının 15-ci turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib. 31 yaşlı futbolçu meydan amilini qabardıb. Ağayev bildirib ki, stadionun ot örtüyü bərabad haldadır:

 

"Əgər baş məşqçi bizi seçibsə, deməli onu razı salan məqamlar var. Biz özümüzə inanmırıqsa, niyə bu sənətlə məşğul olaq ki? Sadəcə meydan amili var ki, bizi çox narahat edir. Kənardan yaxşı görünür, amma bərbad vəziyyətdədir. Məşq edərkən belə çox ehtiyatla hərəkət edirik ki, zədələnməyək".

Tarix: 11 Fevral [18:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Fevral 2018
21  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio