Qurban Qurbanov millinin üzvlərini əvəzediciyə göndərdi

Bu gün əvəzedici komandaların Azərbaycan çempionatında mövsümün ikinci yarısına start verilib.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" "Qəbələ"ni qəbul edib. Bu görüşdə Ağdam klubu liderə 5:3 hesabı ilə qalib gəlib.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfində əvəzedici heyətə göndərilən Ağabala Ramazanov və Ramil Şeydayev "qırmızı-qaralar"la matçda fərqləniblər. Ramazanov 2, Şeydayev isə 1 dəfə rəqibi məyus edib. "Qəbələ"nin də heyətində millimizin üzvü olan Elvin Məmmədov dubla imza atıb.

 

Günün digər matçında “Zirə” “Sumqayıt”ı qəbul edib. Bu göürşdə qalib müəyyənləşməyib - 1:1.

 

Əvəzedicilərin çempionatı, 15-ci tur

11 fevral

 

"Zirə" – "Sumqayıt" 1:1
Qollar:
Sahil Cəfərov, 7 - Elvin Nəsibov, 82.

 

“Qarabağ” – “Qəbələ” – 5:3

Qollar: Ramil Şeydayev, 21; Ağabala Ramazanov, 34, 45; Salman Cəfərov, 47; Famil Camalov, 61 // Kamran Quliyev, 38; Elvin Məmmədov, 85, 87

Tarix: 12 Fevral [00:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2018
21  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio