Mourinyonun "Sent-Ceyms Park" lənəti davam edir VİDEO

00:40 - 12 Fevral 2018

İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Nyukasl"la qarşılaşıb. "Sent-Ceyms Park"da keçirilən matçda "sağsağanlar" "qırmızı şeytanlar"a 1:0 hesabı ilə qalib gəlib.

 

Joze Mourinyonun çalışdırdığı komandalar Premyer Liqa çərçivəsinə baş tutan görüşlərdə "Sent-Ceyms Park"da qalib gələ bilməyib (3 bərabərlik, 4 məğlubiyyət).

 

Premyer Liqanın tunir cədvəlinə 72 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 56 xalla 2-cidir. "Liverpul" 54 xalla 3-cü, "Tottenhem" 52 xalla  4-cü, 1 oyunu ehtiyatda olan "Çelsi" 50 xalla" 5-ci, "Arsneal" isə 45 xalla 6-cı pillədə qərarlaşıb.

 

"Nyukasl" 1 - 0 "Mançester Yunayted"

Qol: Mett Ritçi, 65

 

 

Xəbər xətti