Nazarov üçün 90 dəqiqəlik oyun

01:01 - 12 Fevral 2018

Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “İnqolştad”la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Nazarov bu qarşılaşmada 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, “Aue” geridə qalan turlarda topladığı 24 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti