Cengiz Ünder dubl etdi, "Roma" 5 qolla qalib gəldi VİDEO

İtaliya A Seriyasında 24-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Roma" doğma meydanda autsayder "Benevento"ya 5:2 hesabıyla qalib gəlib. Türkiyə millisinin üzvü olan Cengiz Ünder 2 qol və 1 assistlə matça damğasını vurub.

 

A Seriyasında turnir cədvəlinə 63 xalla "Napoli" başçılıq edir. 1 xal geri qalan "Yuventus" 2-ci, 48 xalla "İnter" 3-cü,  "Roma" 47 xalla 4-cü, 46 xalı olan "Latsio" 5-cidir.

 

"Roma" - "Benevento" - 5:2

Qollar: Federiko Fazio, 25, Edin Ceko, 59, Cengiz Ünder, 62, 75, Qreqori Defrel, 90+2,(pen.) - Qilyerme Kosta Markes, 7, Enriko Brinola, 76

 

 

Tarix: 12 Fevral [01:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Fevral 2018
18  Fevral 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio