Araz Abdullayevin qayıdışında komandası darmadağınla qalib gəldi

10:46 - 12 Fevral 2018

Kipr çempionatında 24-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geyindiyi “Anortosis” səfərdə Nikosiya “Olimpiakos”u ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

 

Son turlarda zədə səbəbindən oynamayan Abdullayev bu matçın 63-cü dəqiqəsində meydana daxil olub.

 

Geridə qalan turlarda 50 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında üçüncü pillədə qərarlaşıb.

Xəbər xətti