"Qarabağ"a transfer ola bilməyən futbolçu agenti ilə yolları ayırdı

11:11 - 12 Fevral 2018

"Qarabağ"ın transfer radarında olan Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunun futbolçusu Xama Billiat agenti ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, Avropa klublarına transferi baş tutmayan hücumçu agenti olan Siyabulela Loyane ilə əməkdaşlığa son qoymağa qərar verib. Zimbabve millisinin üzvünün transferində İsveç klubu ilə yanaşı "Qarabağ" da maraqlı olub. Lakin agent Billiatın keçidini reallaşdıra bilməyib. Bu səbəbdən Xama Loyane ilə müqaviləsini pozub.

 

CAR mətbuatına danışan Loyane məlumatı təsdiq edib: "Bəli, artıq Xama Billiat mənim müştərim deyil. Bir neçə gün əvvəl müqaviləmizə xitam verdik. Artıq onun kiminlə çalışdığını bilmirəm".

 

Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. 27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

 

Qeyd edək ki, Xama Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.

Xəbər xətti